%K Sosialist realizm, S.Əsədullayev, üslubi cərəyanlar, satira; elmi fantastik, lirika, sovet ədəbiyyatı, metodologiya, tənqid, ədəbi tipologiya. %J Conferences; Vol. 1 No. 2 (2025): TURKIY XALQLAR ADABIYOTI TADQIQIDA INNOVATSION YONDASHUVLAR; 306-313 %T ОСНОВНЫЕ СТИЛЕВЫЕ ТЕЧЕНИЯ СОЦИАЛИСТИЧЕСКОГО РЕАЛИЗМА ПО С. АСАДУЛЛАЕВУ %I Conferences %A Джаля Рафик кызы Мамедова %X Bu məqalədə azərbaycanlı ədəbiyyatşünas S.Əsədullayevin sosialist realizm metoduna dair baxışları təhlil olunur. Alimin fikrincə, sosialist realizm – çoxşaxəli, müxtəlif üslubi cərəyanları özündə birləşdirən yaradıcılıq metodudur. Məqalədə xüsusilə satirik, elmi fantastik və lirik üslubi cərəyanların sosialist realizm daxilindəki funksiyaları və poetik xüsusiyyətləri araşdırılır. Satirik cərəyan sosialist quruluşun tənqidə açıq sahələrinə toxunaraq ideoloji təsdiqə xidmət edir; elmi fantastik sovet reallığında gələcək inkişafa dair bir baxış təqdim edir; lirik cərəyan isə fərdin hiss və duyğularını ictimai məzmunla birləşdirir. S.Əsədullayevin araşdırmaları göstərir ki, bu cərəyanlar sosialist realizmin strukturunu zənginləşdirən və onu ideoloji və estetik baxımdan tamamlayan əsas tərkib hissələrdir. Alimin yanaşması təkcə sovet ədəbiyyatının deyil, həm də ümumi ədəbiyyat nəzəriyyəsinin inkişafında əhəmiyyətli rola malikdir. %L arxiv2908 %D 2025