relation: https://arxiv.academicsbook.com/id/eprint/2903/ title: ALI BEY HUSEYNZADE'S PUBLICISTICS creator: Namazova, Saba description: Əli bəy Hüseynzadənin çoxşaxəli və məhsuldar fəaliyyətinin təməlində turançılıq məfkurəsi dayanırdı. O, türk xalqlarının milli birlik və dövlətçilik ideyasını ilk dəfə irəli sürmüş, onun elmi-nəzəri əsaslarını işləyib-hazırlamışdır. Əli bəy Hüseynzadə 1905-ci il inqilabından sonra türkçülük məramnaməsini “Həyat” qəzetində, “Füyuzat” jurnalında dərc etdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəti” və s. məqalələrində hərtərəfli şəkildə şərh etmişdir. Eylər dili Çin səddinədək hökmünü icra, Bir ucudur Altay bu yerin, bir ucu səhra. - misralarında isə Əli bəy türk dilinin yayıldığı geniş ərazilərdən bəhs etmişdir.. Bu xüsusda Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan (1906-cı il noyabın 1-dən) “Füyuzat” (“gerçəyi dərk etmək” mənasını verir) dərgisinin ictimai-siyasi və ədəbi fikir tariximizdə müstəsna rolunu da qeyd etmək gərəkdir. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan dərgidə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və başqa qabaqcıl fikirli ziyalılar, qələm xadimləri silsilə yazılarla çıxış etmişlər. 1907-ci ildə “Füyuzat” bağlandıqdan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakıda “Səadət” məktəbinin müdiri vəzifəsində işləmiş, “Tərəqqi” və “Həqiqət” qəzetlərində çalışmış, məşhur “Siyasəti-fürusət” əsərini hissə-hissə nəşr etdirmişdir. Əli bəy Hüseynzadə türk xalqlarının problemlərini publisistik sözün vasitəsilə həll etməyə yorulmadan çalışırdı. Qeyd edək ki, türkçülüyün böyük ideoloqu, ümumən türk dünyasında ilk dəfə olaraq “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” ideyasının əsasını qoymuş Əli bəyin naşiri olduğu “Füyuzat” dərgisi XX əsrin başlanğıcında mətbuat aləminə yeni nəfəs, milli oyanış ideyalarını gətirmişdir. Əli bəy Hüseynzadə publisistik fəaliyyəti boyunca, xüsusən də “Füyuzat” jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük ideyalarının yaranıb inkişaf etməsinə və bütün türk dünyasında o deyaların yayılmasına xidmət göstərmiş, bu yolla mənsub olduğu xalqın hüquqlarını müdafiə etmişdir. Əli bəyin ensiklopedik fikirlərinin cəm olduğu “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı əsərində türk xalqları haqqında irəli sürülən etimoloji yanaşmalar, məsələlərə dilçi, tarixçi, coğrafiyaşünas kimi hərtərəfli münasibət heyranlıq doğurur. “Türkün türkü anlamaması onun faciəsidir” söyləyən Əli bəy Hüseynzadə türklərin bir-birini başa düşməsi yönündə mətbuatın rolunu məxsusi vurğulayırdı. Əli bəy Hüseynzadənin Azərbaycanda “Həyat” və “Füyuzat”da fəaliyyəti, Türkiyədə “Türk yurdu” jurnalında, “Türk ocağı” dərnəyində, “Xalqa doğru”, “Məlumat”, “Yeni məcmuə” kimi çoxsaylı mətbu orqanlarda iştirakı, “Turan” heyətinin tərkibində Qərbi Avropa ölkələrində çıxışları, Berlində “Türk qövmləri konqresi”ndə irəli sürdüyü fikirlər türklər və onların dili ilə bağlı problemlərin həllinə doğru istiqamətlənmişdi. publisher: Conferences date: 2025-10-07 type: Article type: NonPeerReviewed identifier: Namazova, Saba (2025) ALI BEY HUSEYNZADE'S PUBLICISTICS. Conferences; Vol. 1 No. 2 (2025): TURKIY XALQLAR ADABIYOTI TADQIQIDA INNOVATSION YONDASHUVLAR; 280-285. relation: https://adabiyotxazinasi.com/index.php/conf/article/view/253