%K Əbdürrəhman Cami; Herat; təzkirə; uşaq ədəbiyyatı; “Baharıstan”; Azərbaycan klassikləri; Nəvai %J Konferensiyalar | Conferences; Vol. 1 No. 4 (2024): O‘ZBEK ADABIYOTSHUNOSLIGINING DOLZARB MASALALARI mavzusidagi xalqaro ilmiy-amaliy konferensiya; 577-592 %T KLASSİK ŞƏRQ UŞAQ ƏDƏBİYYATI %I “CENTER FOR ADVANCED STUDIES” LLC %A Almaz Ülvi Binnətova %X Herat məktəbində yetişən dahi Əbdürrəhman Cami­nin təsəvvüf, fəlsəfi və ədəbi əsərləri 600 ilə yaxındır ki, dərin ideya-fəlsəfi məzmunu ilə öz aktuallığını qoruyub saxlayır. Dün­ya elm-ədəbiyyat xəzinəsində Əbdürrəhman Cami imzalı əsərlər həm də tarixilik və etibarlı mənbə baxımından Şərq ədə­biy­yatının nadir nüsxələrindəndir. Herat təzkirəçilik məktəbinə aid edilən “Baharıstan”  əsə­rini nəzm və nəsrlə – qarışıq şəkildə farsca yazmışdır və əxlaqi-fəlsəfi məzmuna malikdir. Bu tədqiqatda “Baharıstan” təzkirəsinin bütöv mənzərəsi qısaldılmış şəkildə cızılmış, xüsusən indiyədək Azərbaycan oxucusuna məlum edilməyən  7-ci rövzəsi, eyni zamanda həmin hissədə Azərbaycan klassikləri və Əlişir Nəvai haqqında olan qeydləri ilk dəfə təqdim edilir. “Baharıstan”ın “Dübaçə”sində müəllif yazır:  “Oğlum (Ziyaəddin Yusif) ərəbcə oxumağa başladı, bu vaxta qədər eşitmədiyi sözləri öyrənmək məcburiyyətində qaldı, darıxacağını anladım, zehnini dincəltmək, könlünü əyləndirmək üçün ara-sıra ona Sədi Şirazinin “Gülüstan”ından oxumağa başladım. “Gülüstan”dan bir neçə sətir oxuyandan sonra ürəyimə gəldi ki, Şeyx Sədinin mübarək və zərif şeirlərini təqlid edərək, “Gülüstan” üslubunda bir neçə yarpaq o tərzdə yazıb, hazırlar üçün bir dastan, qaiblər üçün bir hədiyyə olsun” dedim və yazdım bitirdim”. Beləliklə, qeyd edə bilərik ki, “Baharıstan” əsəri, eyni zamanda, klassik uşaq ədəbiyyatının ən gözəl, ürəyəyatımlı və nadir nümunələrindən biridir. %L arxiv12866 %D 2024