<mods:mods version="3.3" xsi:schemaLocation="http://www.loc.gov/mods/v3 http://www.loc.gov/standards/mods/v3/mods-3-3.xsd" xmlns:mods="http://www.loc.gov/mods/v3" xmlns:xsi="http://www.w3.org/2001/XMLSchema-instance"><mods:titleInfo><mods:title>BADİİY TARJİMA – ADABİY ALOKALARNİNQ SHOH TOMİRİDİR</mods:title></mods:titleInfo><mods:name type="personal"><mods:namePart type="given">Yashar</mods:namePart><mods:namePart type="family">Kosim</mods:namePart><mods:role><mods:roleTerm type="text">author</mods:roleTerm></mods:role></mods:name><mods:abstract>Məqalədə görkəmli özbək şairi və mütərcimi Osman Qoçqarın tərcümə yaradıcılığından bəhs edilir. Klassik və çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrinin əsərlərini məharətlə özbəkçəyə çevirən müəllifin bu yöndəki ədəbi fəaliyyətini müstəqillik dövrü Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin əhəmiyyətli səhifələrindən biri hesab etmək olar.&amp;nbsp; Azərbaycan klassik poeziyasının bir çox qiymətli nümunələri ilə yanaşı, XX yüzil Azərbaycan nəsrinin Mirzə Cəlil, Mir Cəlal, İsmayıl Şıxlı, İsa Muğanna, Sabir Əhmədov, İsi Məlikzadə, Yusif Səmədoğlu, Elçin, Anar, Ağamalı Sadiq və başqa bir sıra görkəmli nümayəndələrinin yaradıcılığını Özbəkistan oxucularına çatdıran zəhmətkeş qələm sahiblərindən məhz Osman Qoçqardır. Xüsusən, Cəlil Məmmədquluzadənin povest və hekayələri, Hüseyn Cavidin “Seçilmiş əsərləri”, Yusif Səmədoğlunun “Qətl günü” romanı, Elçinin “Seçilmiş əsərləri”nin iki cildliyi, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Sizsiz” romanları Osman Qoçqarın tərcüməsində özbək oxucularına təqdim edilmiş və böyük uğur qazanmışdır. Tanınmış şair və tərcüməçinin orijinal poetik yaradıcılığında da Azərbaycan mövzusu mühüm yer tutmuş və türk dünyasının mənəvi-estetik dəyərlərinin təbliği və tərənnümünə geniş yer verilmişdir. Osman Qoçqarın bir sıra şeirləri, o cümlədən “Sizsiz” romanının motivləri əsasında yazılmış “Xəzər ağısı” lirik poeması ana dilimizə çevrilmiş və dəfələrlə nəşr olunmuşdur.</mods:abstract><mods:originInfo><mods:dateIssued encoding="iso8601">2024-01-28</mods:dateIssued></mods:originInfo><mods:originInfo><mods:publisher>“CENTER FOR ADVANCED STUDIES” LLC</mods:publisher></mods:originInfo><mods:genre>Article</mods:genre></mods:mods>